Bakı. 6 avqust. REPORT.AZ/ 2015/2016-cı illər mövsümü də Topaz Premyer Liqası adlandırılacaq. "Report"un məlumatına görə, Topaz və Peşəkar Futbol Liqasının rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib.
Tərəflər arasında ötən mövsümün sonunda bitən müqavilənin müddəti daha 1 il artırılıb.
Qeyd edək ki, Topaz üç mövsümdür Premyer Liqanın sponsorudur.