​Topaz Premyer Liqasında XVII turun hakimləri açıqlanıb

​Topaz Premyer Liqasında XVII turun hakimləri açıqlanıb Paytaxt derbisi FİFA referisi Əliyar Ağayevə həvalə olunub
Futbol
17 Dekabr , 2014 10:43
​Topaz Premyer Liqasında XVII turun hakimləri açıqlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasının XVII turuna bütün hakim təyinatları açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, Bakıdakı "İnter Arena"da "İnter" və "Neftçi" komandaları arasında baş tutacaq paytaxt derbisi FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" - "Qarabağ" matçını yeni beynəlxalq dərəcəli hakim Orxan Məmmədov idarə edəcək.

Daha bir FİFA referisi Rəhim Həsənov isə "Sumqayıt" - "Qəbələ" qarşılaşmasına təyinat alıb. 


17 dekabr (çərşənbə)

14:00. “Bakı” – AZAL (Bakı)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev

Bakı. “Bakı” FK-nin təlim-məşq bazasının stadionu.

18 dekabr (cümə axşamı)

15:00. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"


17:00. "Xəzər Lənkəran" – "Qarabağ" (Ağdam)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu


17:00. "İnter" (Bakı) – "Neftçi" (Bakı)

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev

Bakı. "İnter Arena"

Son xəbərlər

Orphus sistemi