Avropanın "Top 5" klublarının qış fasiləsində futbolçu transferinə xərclədikləri məbləğ açıqlanıb

Avropanın "Top 5" klublarının qış fasiləsində futbolçu transferinə xərclədikləri məbləğ açıqlanıb Bakı. 15 fevral. REPORT.AZ/ Avropanın futbol üzrə “Top-5” ölkə çempionatlarında çıxış edən klublar qış fasiləsində transferlərə 642,8 milyon dollar xərcləyiblər.
Futbol
15 Fevral , 2019 12:22
Avropanın Top 5 klublarının qış fasiləsində futbolçu transferinə xərclədikləri məbləğ açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Avropanın futbol üzrə “Top-5” ölkə çempionatlarında çıxış edən klublar qış fasiləsində transferlərə 642,8 milyon dollar xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilir. Ötən illə müqayisədə, oyunçuların alınmasına sərf edilən vəsaitin məbləğində 6,4 faiz artım olub.

Qış “transfer pəncərəsi”ndə ən çox pulu İngiltərə klubları xərcləyib - 178,2 milyon dollar. İtaliyalılar 144,6 milyon dollar, almaniyalılar 112,5 milyon dollar, ispaniyalılar 112 milyon dollar, fransalılar isə 95,4 milyon dollar sərf ediblər.

Qeyd edək ki, “Top 5” klubları ümumilikdə 349 transfer həyata keçiriblər. Bu isə dünya üzrə keçidlərin 59 faizi deməkdir.

Son xəbərlər

Orphus sistemi