Toni Adams Çin klubunda yeni vəzifəyə təyinat alıb

Toni Adams Çin klubunda yeni vəzifəyə təyinat alıb "Qəbələ"nin sabiq baş məşqçisi gənclər departamentinin direktoru postunu tutacaq
Futbol
23 İyul , 2016 18:04
Toni Adams Çin klubunda yeni vəzifəyə təyinat alıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams özünə yeni iş yeri tapıb. "Report"un "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis İngiltərə "Arsenal"ının 18 yaşadək futbolçulardan ibarət komandası ilə işini davam etdirməkdən imtina edib.

Doğma klubunda sınaq müddətini başa vuran Adams Çinin "Çuntsin Lifan" klubunun təklifini qəbul edib. O, gənclər departamentinin direktoru postunu tutacaq.

Qeyd edək ki, Toni Adams "Qəbələ"də baş məşqçi vəzifəsi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru kimi də çalışıb. O, "qırmızı-qaralar"la yollarını ötən ay ayırıb. 

Son xəbərlər

Orphus sistemi