Yuxarı

Tofiq Bəhramov adına stadionun ot örtüyünün təmiri yekunlaşmaq üzrədir

Qarabağ - Yanq Boyz oynunadək ot örtüyü hazır olacaq

Bakı. 25 avqust. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün təmiri yekunlaşmaq üzrədir. "Report"un məlumatına görə, "Qarabağ"ın avqustun 27-də İsveçrə "Yanq Boyz"u ilə keçirəcəyi Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşünədək ot örtüyü hazır olacaq.

Qeyd edək ki, Respublika Stadionunun ot örtüyü "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə avqustun 5-də keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə saralmağa başlayıb. Avqustun 5-dən sonra stadionda başqa oyun keçirilməyib və ot örtüyünün normal vəziyyətə gətirilməsi üçün işlər başlayıb.  

Mərkəzi arenadan son görüntüləri təqdim edirik.

Fotolar: Rahib Səmədov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi