Bakı. 25 avqust. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün təmiri yekunlaşmaq üzrədir. "Report"un məlumatına görə, "Qarabağ"ın avqustun 27-də İsveçrə "Yanq Boyz"u ilə keçirəcəyi Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşünədək ot örtüyü hazır olacaq.
Qeyd edək ki, Respublika Stadionunun ot örtüyü "Qarabağ"ın Şotlandiya "Seltik"i ilə avqustun 5-də keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən öncə saralmağa başlayıb. Avqustun 5-dən sonra stadionda başqa oyun keçirilməyib və ot örtüyünün normal vəziyyətə gətirilməsi üçün işlər başlayıb.
Mərkəzi arenadan son görüntüləri təqdim edirik.
Fotolar: Rahib Səmədov

