Yuxarı

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü hazırdır - FOTO

Qarabağın avrokubok oyunlarını mərkəzi arenada keçirməsində heç bir maneə qalmayacaq

Bakı. 6 may. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika Stadionunun meydanında əsaslı təmir işləri başa çatmaq üzrədir. Stadionun direktoru Şamil Quliyevin "Report"a verdiyi məlumata görə, artıq torpağa əkilən toxumlar cücərərək, yaşıl ot örtüyünə çevrilib.

O, ot örtüyü sarıdan problemlərin aradan aradan qaldırıldığını və "Qarabağ"ın avrokubok oyunlarını bu stadionda keçirməsində heç bir maneənin qalmayacağını bildirib: "Hələlik bu stadionda oyun keçirmək tezdir. Çünki ot örtüyü təzə cücərir. Ancaq avrokuboklar zamanı arena tam hazır vəziyyətdə olacaq".

Qeyd edək ki, stadionunun ot örtüyü ötən ilin avqustunda yararsız hala düşüb. "Qarabağ"ın Avropa Liqasındakı qrup oyunları başa çatdıqdan sonra mərkəzi arena təmirə bağlanıb. Meydançanın torpaq qatının dəyişdirilməsinə fevralın sonlarından başlanılıb. Bunun üçün respublikanın müxtəlif rayonlarından təqribən 15 min kubmetr torpaq gətirilib. Martın 22-dən torpağa ot toxumunun səpilməsinə start verilib.

Fotolar: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi