Yuxarı

Tərlan Əhmədov: "Daha çətin oyunlarımız olacaq"

Tərlan Əhmədov: "Daha çətin oyunlarımız olacaq"

“Hər zaman qələbə xoş hisslər yaradır. Ardıcıl iki oyun məğlub olmuşduq. Bu gün istədiyim komandanı meydanda gördüm. Bu əzmkarlıq və istəyin davamını gətirməliyik. İki məğlubiyyətdən sonra kollektivi motivasiya etmək çox çətindir. Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Daha çətin oyunlarımız olacaq. Bu qarşılaşmanı unutmalıyıq”.

"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XVIII turunda "Zirə"ni 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, görüşün sonlarında Tural Bayramlının yorğun olduğunu hiss edib. Əhmədov 90-cı dəqiqədə fərqlənən Pərviz Azadov barədə də danışıb: "Onu start heyətdə meydana buraxmaq istəyirdim. Pərviz hesabdan fərqli olmayaraq bu gün meydana çıxacaqdı".

Məşqçi, hücumçu Lorenzo Frutosun oynamamasının rəqiblə bağlı olduğunu deyib: "Neftçi" ilə oyundan sonra temperaturu qalxmışdı. Frutos bir neçə məşqləri buraxdı. Hələ ki, tam formasında deyil. Rəqibin müdafiəsinə görə Aleksandr Kristovaoya şans verdik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi