Tərlan Əhmədov: "2:0 udsaydıq, bir balaca nəfəs alardıq"

Tərlan Əhmədov: "2:0 udsaydıq, bir balaca nəfəs alardıq" Qəbələ. 12 aprel. REPORT.AZ/ Kubok oyunu həmişə ağır olur. Amma oyuna həddən artıq köklənmişdik. İlk görüşdə kubokun taleyini həll etmək istəyirdik. Bu gün komandam hücum futbolu oynadı, qələbə qazandı. Futbolçulara və fanatlara təşəkkür edirəm. Onların sayəsində daha aqressiv oyun sərgilədik. Aprelin 15-də süni örtükdə Zirəyə qarşı vacib oyuna çıxacağıq. Çalışacağıq ki, hər iki cəbhədə mübarizəmizi davam etdirək.
Futbol
12 Aprel , 2018 20:15
Tərlan Əhmədov: 2:0 udsaydıq, bir balaca nəfəs alardıq

Qəbələ. 12 aprel. REPORT.AZ/ "Kubok oyunu həmişə ağır olur. Amma oyuna həddən artıq köklənmişdik. İlk görüşdə kubokun taleyini həll etmək istəyirdik. Bu gün komandam hücum futbolu oynadı, qələbə qazandı. Futbolçulara və fanatlara təşəkkür edirəm. Onların sayəsində daha aqressiv oyun sərgilədik. Aprelin 15-də süni örtükdə "Zirə"yə qarşı vacib oyuna çıxacağıq. Çalışacağıq ki, hər iki cəbhədə mübarizəmizi davam etdirək".

"Report"un Şirvan bürosu xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Hesabı nə dərəcədə qaneedici sayırsınız? 

- Fikirləşirdim ki, 2:0-dan sonra Çempionlar Liqasında 2 gündür sürprizlər baş verir. Bütün məsələlər cavab görüşündə həll olunacaq. 2:0 udsaydıq, bir balaca nəfəs alardıq. Rəqibin gücünə də bələdik. Cavab görüşündə daha istəkli olaraq qələbə qazanmağa gücümüz var.

- Sıx oyun qrafiki iki cəbhədə mübarizə aparmaq baxımından sizə nə dərəcədə çətinlik yaradacaq? 

- Yetərincə futbolçularımız var. Yeganə narahatlığımız Ruslan Abışovun yoxluğudur. Əlimizdəki materialdan istifadə edəcəyik. Peşəkarlıqdan, avrokuboklara vəsiqələrdən danışırıqsa, hər bir futbolçu bunu dərk etməlidir. Biz də əlimizdən gələni edəcəyik ki, bu hal təkrarlanmasın.

- İlk görüşdəki nəticə komandanızı cavab görüşündə müdafiə futboluna sövq etməyəcək?

- Bu gün komandam yüksək templi oynayıb. Gözəl qələbə qazandıq. Oyunun sonları daha dramatik alındı. Bu komandaya gələndən hücum futbolu və qol vurmağı təlqin etmişəm.

- Hesabda öndə olduğunuz vaxtda da komandanız hücum edirdi. Düşünmürsünüzmü ki, qol buraxmağınız da bununla əlaqədar oldu? 

- 2:0-dan sonra nələrin baş verdiyinə futbolçular qərar verir. Strategiyamda müdafiədə oturmaq yoxdur. Qalib gəlmişiksə, deməli, nəticə qaneedicidir.

- Mirabdulla Abbasov və Emin Mahmudovun ehtiyatda qalmaları nə ilə əlaqədar idi?

- 3 gündə bir dəfə oyunlarımız var. Mirabdulla Abbasov və Emin Mahmudov son oyunlarda heyətdə çıxış edirdi. Bu gün onların ehtiyatda qalması qarşıdakı oyunla bağlı atılmış addım idi.

- Bəs legionerlərin çıxışını necə dəyərləndirirsiniz? 

- Məşqlərdə hər bir futbolçunu yoxladıqdan sonra qərar veririk. Soni Mustivar da, Luka Kampas da yaxşı oynadı. Kim layiqdirsə, o da heyətdə olacaq.

Son xəbərlər

Orphus sistemi