"Qarabağ"ın qapıçısı Azərbaycan millisinə dəvət alıb

"Qarabağ"ın qapıçısı Azərbaycan millisinə dəvət alıb Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.
Futbol
22 Yanvar , 2020 10:59
Qarabağın qapıçısı Azərbaycan millisinə dəvət alıb
AFFA

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib. 

 "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” klubunun qapçısı Qurban Məhərrəmov yığmanın hazırlığına qoşulub.

Qeyd edək ki, "Qarabağ"ın qolkiperi daha öncə siqaret çəkdikləri üçün yığmanın heyətindən kənarlaşdırılan Elnur Hüseynov ("Neftçi") və Vüsal Şabanovun ("Zaqatala") əvəzinə komandaya cəlb olunub.

Son xəbərlər

Orphus sistemi