Yuxarı

Təhsil nazirinin müavini federasiya prezidenti seçilib

Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib. "Report"un məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd yeni prezident seçkisi olub.

İlk olaraq ATFF-nin nizamnaməsinə əsasən sabiq prezident Fazil Qarayevin istefası qəbul olunub. Bundan sonra vakant postun sahibi məlum olub. Təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov açıq səsvermədə federasiyanın yeni prezidenti seçilib.

Bundan başqa konfransın gündəliyində olan digər məsələlər də həllini tapıb. Səsvermə yolu ilə ATFF-nin İK üzvləri və vitse-prezidenti seçilib və təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi