Yuxarı

Təbrizin "Traktorsazi" komandası ilə Səudiyyə Ərəbistanı klubu arasında oyunun keçiriləcəyi yer dəyişdirilib

Bununla bağlı Asiya Futbol Konfederasiyası qərar qəbul edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan gərginliklə əlaqədar bu ölkələrin "Əl Hilal" (Ər Riyad) və "Traktorsazi" (Təbriz) klubları arasında keçiriləcək futbol matçlarının yeri dəyişdirilib.

"Report"un "Daily News Egypt" dərgisinə istinadən verdiyi xəbərə görə, bu qərar Asiya Futbol Konfederasiyası tərəfindən Səudiyyə Ərəbistanı Futbol Federasiyanın təqdim etdiyi müraciətdən sonra qəbul olunub.

Belə ki, hər iki klub Asiya Çempionlar Liqası çərçivəsində əvvəlcə fevralın 24-ü Təbrizdə, sonra isə aprelin 19-da Ər Riyadda görüşməli idilər. Lakin hər iki görüşün yeri dəyişdirilib.

Oyunların harada keçiriləcəyi barədə hələlik qərar qəbul edilməyib.

Qeyd edək ki, Asiya Çempionlar Liqası çərçivəsində Ər Riyadı təmsil edən digər futbol klubu "Əl Nəsr" ilə İsfahanın "Zob Ahan" arasında da görüş keçirilməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi