Tanınmış türkiyəli futbolçu "Verder"ə transfer olunub
Futbol
- 31 avqust, 2018
- 10:51
Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyə milli komandasının sabiq futbolçusu Nuri Şahin karyerasını Almaniyanın “Verder” komandasında davam etdirəcək.
“Report” “Sky Sport”a istinadən xəbər verir ki, Dortmund “Borussiya”sının xidmətində maraqlı olmadığı 29 yaşlı yarımmüdafiəçi Bremen təmsilçisi ilə razılıq əldə edib. Hazırda “Verder”in bazasında tibbi baxışdan keçən Nuri ilə 1 illik müqavilə bağlanılacağı bildirilir.
Qeyd edək ki, Nuri Şahin karyerası ərzində Hollandiyanın “Feyenoord”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Liverpul” komandalarının da formasını geyinib. O, 2005-2017-ci illərdə Türkiyə millisində 51 oyun keçirib və 2 qol vurub.
Son xəbərlər
23:29
Ben-Qvir İsrailin müdafiə naziri olmaq istəyir
Digər ölkələr23:20
ABŞ Prezidenti İranla yeni danışıqlar raundunu anons edib
Digər ölkələr23:09
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər – YENİLƏNİB
Xarici siyasət23:07
Tovuz rayonuna dolu düşüb
Ekologiya23:04
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Xarici siyasət23:01
İran Avropa İttifaqından konstruktiv mövqe tələb edib
Region22:55
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət22:45
Macarıstanda Azərbaycan-TDT əməkdaşlığı müzakirə edilib
Xarici siyasət22:39