Tanınmış futbolçu Honkonq klubu ilə müqavilə bağlayıb

Tanınmış futbolçu Honkonq klubu ilə müqavilə bağlayıb Dieqo Forlan karyerasını "Kitçi"də davam etdirəcək
Futbol
4 Yanvar , 2018 20:26
Tanınmış futbolçu Honkonq klubu ilə müqavilə bağlayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Uruqvay milli komandasının sabiq futbolçusu Dieqo Forlan karyerasını Honkonqda davam etdirəcək.

“Report” xəbər verir ki, 38 yaşlı hücumçu “Kitçi” klubu ilə müqavilə bağlayıb.

Sözləşmənin detalları barədə məlumat verilmir. Tanınmış futbolçu hazırda Honkonq çempionatının lideri olan yeni komandasına yanvarın 10-da qoşulacaq.

Qeyd edək ki, D.Forlan karyerası ərzində İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Atletiko”, İtaliyanın “İnter” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi