Tanınmış baş məşqçi İngiltərədə klubunu dəyişə bilər
Futbol
- 23 fevral, 2019
- 07:07
Bakı. 23 fevral. REPORT.AZ/ İngiltərənin "Lester" klubu baş məşqçisini dəyişdirmək niyyətindədir.
"Report" "Mirror"a istinadən xəbər verir ki, klub mövsümün sonunda fransalı mütəxəssis Klod Pyuel ilə yollarını ayıracaq. İngiltərə təmsilçisinin rəhbərliyi bu posta hazırda "Nyukasl"ın baş məşqçisi olan Rafael Benitesi gətirmək istəyir.
59 yaşlı ispan məşqçinin klubla müqaviləsi mövsümün sonunda başa çatır və yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.
Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından "Nyukasl"a rəhbərlik edir. O, karyerası ərzində İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" klublarının da baş məşqçisi olub. Benites 2004-2005 mövsümündə "Liverpul"la Çempionlar Liqasını da qazanıb.
Son xəbərlər
12:07
Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
Sosial müdafiə12:04
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 % artıb
Biznes11:55
Foto
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Hadisə11:52
Bəzi yerlərdə leysan yağış yağır - FAKTİKİ HAVA
Ekologiya11:48
Ticarət Palatası: Şimali Avropa biznesi Azərbaycanın enerji keçidinə maraq göstərir
Energetika11:45
UEFA "Clear Line" platformasını istifadəyə verib
Futbol11:37
Foto
Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib
Xarici siyasət11:36
Azərbaycan Dominikana nar şirəsi ixrac etməyə hazırlaşır
Biznes11:28