Tahir Gözəl: "Qarabağ" tarix üzərinə tarix yazır"

Tahir Gözəl: "Qarabağ" tarix üzərinə tarix yazır" "Bizim qrupdan çıxmaq şansımız var"
Futbol
2 Oktyabr , 2015 01:02
Tahir Gözəl: Qarabağ tarix üzərinə tarix yazır

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Möhtəşəm oyun idi. Məncə "Qarabağ" tarix üzərinə tarix yazır. Xalqımızı təbrik edirəm".

"Report" xəbər verir ki, bu sözləri "Qarabağ" - "Anderlext" (1:0) oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda "Qarabağ" bu nəticəyə görə "J" qrupunda ikinci yerdə qərarlaşıb, birinci yerdə isə İngiltərənin "Tottenhem Hotspur" komandası gedir.

"Çox çətin bir qrupdur. Lakin mən inanıram ki, bizim qrupdan çıxmaq şansımız var. "Qarabağ" gündən günə güclənir", - deyə T.Gözəl əlavə edib.

Stadionda əvvəlki oyunlara nisbətdə azarkeşin az olmasına toxunan vitse-prezident, buna baxmayaraq onların dəstəyini hiss etdiklərini bildirib. O biletlərin qiymətinə də aydınlır gətirib:

"Əvvəllər 1 sektor 5 manat idisə, indi 2 manat etdik. Hazırda təcrübə mərhələsindəyik. Əlbəttə, bu da azarkeşlərin narazılığına səbəb olacaq. Zamana ehtiyac var. Kluba dəstək vermək lazımdır. Buna can atmalıyıq".

Son xəbərlər

Orphus sistemi