Tahir Gözəl: "Qarabağ" çox yaxşı oynadı"

Tahir Gözəl: "Qarabağ" çox yaxşı oynadı" Rəqib qapalı oyun oynayırdı. Yaxşı çıxış etdilər. Bəlkə də məqsədləri penalti seriyası idi.
Futbol
18 İyul , 2019 00:07
Tahir Gözəl: Qarabağ çox yaxşı oynadı
Tahir Gözəl

"Rəqib qapalı oyun oynayırdı. Yaxşı çıxış etdilər. Bəlkə də məqsədləri penalti seriyası idi".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın Albaniya "Partizani"sini Çempionlar Liqasının I təsnifat mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi cavab oyununda sonra klubun vitse-prezidenti Tahir Gözəl deyib.

Onun sözlərinə görə, "Qarabağ" yaxşı futbol sərgiləyib: "İlk qolumuzdan sonra oyun açıldı. Əsas ləzzəti bundan sonra aldım. "Qarabağ" çox gözəl oynadı. Yeni futbolçularımızdan da razıyam. Güclü bir komanda görürəm. Hər kəs yaxşı oyandı. Amma Abdullah Zubir lap gözəl təsir bağışladı. Hamımızın ürəyi açıdı.

Son dəqiqələrdə həyəcanlandıq. Bizim qoldan sonra açıldılar. Çox qapalı oynayırdılar. İrlandiyaya getmək xoş olacaq. Əsas arzum "Qarabağ"da yerli oyunçuları görməkdir. Əsas məsələlərdən biri də Tacettin Doğanın "Qarabağ"a gəlməsidir. Akademiyamızın koordinatoru olacaq. Yeni transferlərimiz də xeyirli olacaq. Uyğunlaşmalarına vaxt lazımdır. Baş məşqçimiz bununla məşğul olacaq".

Son xəbərlər

Orphus sistemi