​Tahir Gözəl: "Böyük həsrətlə iki şirin savaşını gözləyirəm"

​Tahir Gözəl: "Böyük həsrətlə iki şirin savaşını gözləyirəm" "O görüşə çox ciddi hazırlaşacağıq"
Futbol
23 May , 2015 05:40
​Tahir Gözəl: Böyük həsrətlə iki şirin savaşını gözləyirəm

Bakı. 23 may. REPORT.AZ/ "Binəqədidə baş vermiş yanğınla bağlı bu gün hər birimizin ürəyinin ağrıdığı gündür. İstəməzdim bu günü bu şəkildə qeyd edək. Mənim arzum budur ki, "Qarabağ"ın bu möhtəşəm uğuru, tarix yazması cənab prezidentimiz başda olmaqla, "Qarabağ"ı sevən milyonlarca azərbaycanlının ürəylərinə məlhəm olsun. Ona görə sevinirəm".

"Report"un məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

T.Gözəl Premyer Liqanın 36-cı turunda "İnter"lə oyundan sonra (1:2) jurnalistlərlə söhbətində komandanın Avrokubok şansları və transfer planları barədə danışıb. Onun sözlərinə görə, Ağdam təmsilçisi bu heyətlə Avropa oyunlarına tam hazırdır:

"Bilirsiniz ki, futbolda çox şey bəxtdən asılıdır. Ötən mövsüm bir çox məsələdə bəxt amili rol oynadı. "Qarabağ" haqsızlığa uğramasaydı, turu keçmiş olacaqdı. Hər birimiz "Dnepr"in qazandığı nəticələrin şahidiyik. "Qarabağ" bu il daha təcrübəli komandadır, həmin heyətdir. İki yeni yaxşı transferimiz var. Mən Elvin Məmmədov və Coşqun Diniyevdən gözəl dəstək gözləyirəm. Bu gün Elvin qolun vurulmasında çox gözəl rol oynadı. Mən ümidliyəm, iddiamız var. İnşallah yaxşı çıxış edəcəyik. Başqa futbolçulara gəlincə, hələ ki axtarırıq, baxırıq. Ola bilsin ki, bir neçə xarici futbolçu transfer etdik".

Klub rəsmisi son olaraq iyunun 3-də "Neftçi" ilə Azərbaycan Kubokunun final görüşü ilə bağlı fikirlərini bölüşüb:

"Neftçi" ilə oyunda olmağı səbirsizliklə gözləyirəm. Bu görüşdə nəticə aydın olduğu üçün öyrəşdiyimiz həyəcan yox idi. Rahatlıq var idi. Amma "Neftçi" ilə oyun möhtəşəm olacaq. O görüşə çox ciddi hazırlaşacağıq. Xüsusən də rəqibimiz "Neftçi" olduğu üçün komandanın qarşısına tələb qoyulub. Böyük həsrətlə iki şirin savaşını gözləyirəm".  

Son xəbərlər

Orphus sistemi