Yuxarı

T​ürkiyənin "Trabzonspor" klubunun futbolçusu Azərbaycan pasportu alıb

Hazırda bu məsələyə FİFA-da baxılır

Bakı. 13 iyul. REPORT.AZ/Türkiyənin "Trabzonspor" klubunun transfer etdiyi futbolçu Ramil Şeydayev Azərbaycan pasportu alıb. 

"Report"un məlumatına görə, bu barədə "Matç TV"yə FİFA-dan bildirilib.

Ali futbol qurumunun nümayəndəsi deyib ki, AFFA 20 yaşlı hücumçunun Azərbaycan vətəndaşlığını qəbul etməsinə dair sorğu göndərib. Hazırda bu məsələyə FİFA-da baxılır.

Meneceri Sergey Kuşov deyib ki, Şeydayev əvvəllər Rusiya yığmasında oynamaq istədiyi üçün Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyib. Onun sözlərinə görə, futbolçunun  karyerasını davam etdirmək üçün bir neçə variantı olsa da, Azərbaycan və türk dillərinin yaxınlığı üzündən "Trabzonspor"u seçib. Onunla 3+1 illik müqavilə imzalanıb. Bu müddətdə gənc forvard 1,6 milyon avro qazanacaq. Şeydayevin keçmiş klubu "Zenit"ə isə 150 min avro kompensasiya ödəniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi