Syerra-Leone milli komandasının qapıçısı dünyasını dəyişib

Syerra-Leone milli komandasının qapıçısı dünyasını dəyişib 25 yaşlı oyunçunun xəstəlikdən vəfat etdiyi bildirilir
Futbol
10 İyul , 2017 15:23
Syerra-Leone milli komandasının qapıçısı dünyasını dəyişib

Bakı. 10 iyul. REPORT.AZ/ Syerra-Leone milli komandasının futbolçusu Əlhacı Dauda Konte vəfat edib.

“Report”un BBC-yə istinadən verdiyi məlumata görə, 25 yaşlı qapıçı 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya ilə oyun üçün yığmaya cəlb olunsa da, xəstəlikdən dünyasını dəyişib.

Milli komandanın baş məşqçisi Con Keyster bildirib ki, futbolçu məşq zamanı özünü yaxşı hiss etmədiyi üçün onu kənarlaşdırmalı olub: “Son günlər Konte məşqdə yaxşı təsir bağışlamırdı və hiss olunurdu ki, onunla nəsə qaydasında deyil. Bununla bağlı köməkçilərimdən birinə də fikrimi söylədim və məcbur qalıb, onu məşqdən kənarlaşdırdım. Konteni çox sevirdim. Çünki hər zaman millidə olmağa layiq idi”.

Qeyd edək ki, Əlhacı Dauda Kontenin hansı xəstəlikdən vəfat etməsi ilə bağlı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi