"Sumqayıt" Vurğun Hüseynovla yeni müqavilə imzalayıb

"Sumqayıt" Vurğun Hüseynovla yeni müqavilə imzalayıb 29 yaşlı kapitan 1 illik sazişə imza atıb
Futbol
29 Aprel , 2017 11:42
Sumqayıt Vurğun Hüseynovla yeni müqavilə imzalayıb

Bakı. 29 aprel. REPORT.AZ/ “Sumqayıt” komandası futbolçusu Vurğun Hüseynovla yeni müqavilə bağlayıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi 1 illik sazişə imza atıb.

Sumqayıt təmsilçisinin heyətində ümumilikdə 111 oyunda meydana çıxan kapitan, cari mövsümdə 27 görüşdə iştirak edib.

Qeyd edək ki, Vurğun Hüseynov son 4 mövsümü “Sumqayıt”ın heyətində keçirib. O, 2013-cü il avqustun 4-də “Xəzər Lənkəran”la ev matçında debüt edib.

Son xəbərlər

Orphus sistemi