"Sumqayıt" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürüb

"Sumqayıt" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürüb 2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.
Futbol
14 İyun , 2019 16:32
Sumqayıt Sabahın yarımmüdafiəçisini icarəyə götürüb

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib.

1 illik icarə əsasında "gənclik şəhəri" təmsilçisində çıxış edəcək 23 yaşlı yarımmüdafiəçi 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol), “Zirə”nin (4 oyun) də uğurları üçün çalışıb.

Son xəbərlər

Orphus sistemi