"Sumqayıt" "Qəbələ"nin futbolçusunu icarəyə götürüb

"Sumqayıt" "Qəbələ"nin futbolçusunu icarəyə götürüb Ülvi İsgəndərli karyerasını Sumqayıt klubunda davam etdirəcək
Futbol
2 Yanvar , 2018 13:23
Sumqayıt Qəbələnin futbolçusunu icarəyə götürüb

Bakı. 2 yanvar. REPORT.AZ/ “Sumqayıt” futbol klubu qış fasiləsində növbəti transferini həyata keçirib. 

“Report”un məlumatına görə, Sumqayıt təmsilçisi “Qəbələ”dən Ülvi İsgəndərovu icarəyə götürüb.

Onunla 1,5 illik müqavilə imzalanıb. Ü.İsgəndərov 70 nömrəli forma ilə çıxış edəcək.

20 yaşlı hücumçu cari mövsümdə “qırmızı-qaralar”ın əvəzedici komandasında çıxış edib.

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində Elnur Allahverdiyev və Nicat Qurbanovla müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi