"Sumqayıt" Polşa komandasını məğlub edib

"Sumqayıt" Polşa komandasını məğlub edib Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Sumqayıt futbol komandası növbəti yoxlama oyununu keçirib.
Futbol
21 Yanvar , 2020 18:17
Sumqayıt Polşa komandasını məğlub edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol komandası növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu dəfə Polşa təmsilçisi "Arka" ilə qarşılaşıb.

Görüşdəki yeganə qolu "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Əmir Ağayev vurub. 28 yaşlı oyunçu 16-cı dəqiqədə fərqlənib. 

Qeyd edək ki, ilk yoxlama görüşündə Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzan "Sumqayıt" növbəti matçında Rumıniya "Politexnika"sı ilə bərabərə qalıb - 1:1.

Son xəbərlər

Orphus sistemi