"Sumqayıt" klubunun prezident əvəzi müəyyənləşib

"Sumqayıt" klubunun prezident əvəzi müəyyənləşib Müşahidə Şurasının iclası keçirilib
Futbol
20 Fevral , 2018 15:38
Sumqayıt klubunun prezident əvəzi müəyyənləşib

Bakı. 20 fevral. REPORT.AZ/ "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür edilib, gələcək işlərində uğurlar arzulanıb. Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb.

Qeyd edək ki, Vaqif Ömərov "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədridir. Kamran Quliyev isə fevralın 16-da "Neftçi" klubuna prezident təyin olunub. 

Son xəbərlər

Orphus sistemi