"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub

"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub Bakı. 22 iyun. REPORT.AZ/ Sumqayıt futbol klubunun baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.
Futbol
22 İyun , 2018 18:38
Sumqayıt klubuna yeni məşqçi təyin olunub

Bakı. 22 iyun. REPORT.AZ/ "Sumqayıt" futbol klubunun baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində "Neftçi"nin əvəzedici komandasında, 2008-2011-ci illərdə Azərbaycanın U-15 və U-17 milli komandalarında işləyib. E.Babayev həmçinin 2009-2011-ci illərdə "Rəvan"da, 2012-2015-ci illərdə "Simurq"da, 2016-2018-ci illərdə isə Rusiyanın MOİK futbol akademiyasında çalışıb.

Son xəbərlər

Orphus sistemi