​"Sumqayıt" klubu yeni transferini rəsmən açıqlayıb

​"Sumqayıt" klubu yeni transferini rəsmən açıqlayıb Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb
Futbol
30 İyun , 2016 16:04
​Sumqayıt klubu yeni transferini rəsmən açıqlayıb

Bakı. 30 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vaquf Güləliyev Samir Abasovun rəhbərlik etdiyi komandada çıxış edəcək.

Son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Fərhad Vəliyev ("Qarabağ"), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Ruslan Tağızadə ("Rəvan"), Əli Həsənli ("Neftçala"), Mirabdulla Abbasov ("Neftçi": icarə), Vadim Abdullayev ("Qəbələ") və Rail Məlikovla (AZAL) müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi