​"Sumqayıt" klubu daha bir oyunçu ilə müqavilə imzalayıb

​"Sumqayıt" klubu daha bir oyunçu ilə müqavilə imzalayıb Qapıçı bir il "Sumqayıt"da çıxış edəcək
Futbol
7 İyun , 2016 14:23
​Sumqayıt klubu daha bir oyunçu ilə müqavilə imzalayıb

Bakı. 7 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu daha bir oyunçusu ilə müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qapıçı Tərlan Əhmədli bir il müddətinə "Gənclik şəhəri" təmsilçisinin heyətində çıxış edəcək.

22 yaşlı əlcək sahibi 2015/2016 mövsümündə "Sumqayıt"ın heyətində 9 qarşılaşmada 689 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Amil Yunanovla 2018-ci ilə qədər müqavilə imzalayıb və "Qarabağ"ın futbolçusu Fərhad Vəliyevi transfer edib.

Son xəbərlər

Orphus sistemi