Elşad Əhmədov: "Meydana elə 10 futbolçu ilə çıxaq, maraqlı olsun" - YENİLƏNİB

Elşad Əhmədov: "Meydana elə 10 futbolçu ilə çıxaq, maraqlı olsun" - YENİLƏNİB Maraqlı oyun keçdi. Qırmızı vərəqəyə qədər qol şanslarımız oldu, qapımızda qol gördük. Futbolçularımız ikinci hissədə xarakter göstərdilər.
Futbol
15 Mart , 2019 18:17
Elşad Əhmədov: Meydana elə 10 futbolçu ilə çıxaq, maraqlı olsun - YENİLƏNİB

"Maraqlı oyun keçdi. Qırmızı vərəqəyə qədər qol şanslarımız oldu, qapımızda qol gördük. Futbolçularımız ikinci hissədə xarakter göstərdilər".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XXI turunda evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.

49 yaşlı mütəxəssis bildirib ki, matçın 28-ci dəqiqəsində Marko Deviçin ikinci sarı vərəqədən sonra meydandan qovulması planlarını pozub: "Oyunun əvvəlində heç-heçəyə razı olmazdıq. Amma indi bir xal qazandığımızı düşünürəm. Artıq 4-cü matçdır ki, azlıqda qalırıq. Futbolçulara deyirəm ki, meydana elə 10 nəfərlə çıxaq, maraqlı olsun. Bu gün futbolçularımızda istək çox idi. Deviç də, ola bilsin ki, bu istəyə görə qırmızı vərəqə aldı. Buna rəğmən, onunla söhbətimiz olacaq".


*** 18:05

"Oyun barəsində danışılası çox şey yoxdur. Ən zəif oyunumuzu oynadıq". 

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçədən sonra deyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, komandada xarakter çatışmayıb: "Belə oyunla bir xal qazanmağımız sevindirici haldır. Komandada bir az xarakter çatmır. Psixoloji durum yaxşı deyil, futbolçularla söhbətimiz olub. Rəqib 10 nəfərlə qalmışdı. Səhvlərimizi analiz edib nəticə çıxarmağa çalışacağıq".

Qeyd edək ki, baş məşqçi Ayxan Abbasov cəzalı olduğu üçün mətbuat konfransına qatılmayıb.

Son xəbərlər

Orphus sistemi