"Sumqayıt"ın baş məşqçisi: "Komandada irəliləyiş olduğu hiss olunurdu"

"Sumqayıt"ın baş məşqçisi: "Komandada irəliləyiş olduğu hiss olunurdu" Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu.
Futbol
21 Yanvar , 2020 18:39
Sumqayıtın baş məşqçisi: Komandada irəliləyiş olduğu hiss olunurdu

"Bu gün artıq 3-cü oyunumuzu keçirdik. Komandada irəliləyiş olduğu hiss olunurdu".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində Polşa təmsilçisi "Arka"nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. 

39 yaşlı mütəxəssis rəqibin fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib: "Çempionat öncəsi belə əzmkar komandalara qarşı oynamaq bizim üçün də yaxşıdır. Ümumən uşaqlar meydanın hər qarışı üçün mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik. Komandanı qələbə ruhuna kökləməyə çalışırıq. Burada 1 oyunumuz qalıb. Həmin oyunu da uğurla başa vurub, çempionata tam hazır şəkildə Vətənə dönəcəyimizi düşünürəm".

Qeyd edək ki, ilk yoxlama görüşündə Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə uduzan "Sumqayıt" növbəti matçında Rumıniya "Politexnika"sı ilə bərabərə qalıb - 1:1.

Son xəbərlər

Orphus sistemi