Yuxarı

"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan edib

"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan edib

Bakı. 18 fevral. REPORT.AZ/ Lissabonun "Sportinq" klubunun prezidenti Brunu de Karvalyu tutduğu vəzifəyə yenidən seçilib.

“Report” xəbər verir ki, o, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.

"Biz — sportinqçilərik və biz sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam: sosial şəbəkələrdən az istifadə etmək, həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq", - deyə "Maisfutebol" nəşri De Karvalyunun sözlərini sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi