"Sportinq" klubu argentinalı futbolçusu ilə müqaviləni uzadıb

"Sportinq" klubu argentinalı futbolçusu ilə müqaviləni uzadıb Bakı. 24 oktyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın Sportinq klubu argentinalı futbolçusu Markos Akunya ilə müqaviləni yeniləyib.
Futbol
24 Oktyabr , 2018 12:28
Sportinq klubu argentinalı futbolçusu ilə müqaviləni uzadıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq" klubu argentinalı futbolçusu Markos Akunya ilə müqaviləni yeniləyib.

"Report" klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə sözləşmə 2023-cü ilədək uzadılıb. Argentinalı oyunçunun sərbəst qalma məbləği isə 60 milyon avro olaraq müəyyən edilib.

Akunya "Sportinq"ə 2017-ci ilin iyununda Argentinanın "Rasinq" klubundan transfer olunub.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" “Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi