"Sportinq"in futbolçusu baş məşqçi tərəfindən cəzalandırılıb

"Sportinq"in futbolçusu baş məşqçi tərəfindən cəzalandırılıb Bakı. 18 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Peseyru komandanın brazilyalı futbolçusu Markus Vendeli cəzalandırıb.
Futbol
18 Oktyabr , 2018 14:43
Sportinqin futbolçusu baş məşqçi tərəfindən cəzalandırılıb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Peseyru komandanın brazilyalı futbolçusu Markus Vendeli cəzalandırıb.

“Report” “O Jogo” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 21 yaşlı oyunçunu məşqdə icazəsiz iştirak etmədiyi üçün U23 komandasına göndərib.

Brazilyalı yarımmüdafiəçi keçən həftə ailəvi səbəblərə görə klubdan icazə alaraq ölkəsinə yollanmışdı. Bazar ertəsi akademiyaya qayıtmalı olan futbolçu komandaya dediyi vaxtdan gec qoşulub və iki məşqi icazəsiz buraxıb. Buna görə də 58 yaşlı mütəxəssis oyunçunu cəzalandırıb. Vendel bir müddət ikinci komanda ilə məşq edəcək. Onun əsas komandaya nə vaxt qayıdacağı bilinmir.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" “Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi