SOCAR Sadıq Sadıqovun "Neftçi"nin prezidenti vəzifəsindən istefasına dair xəbərlərə aydınlıq gətirib

SOCAR Sadıq Sadıqovun "Neftçi"nin prezidenti vəzifəsindən istefasına dair xəbərlərə aydınlıq gətirib "Neftçi" PFK "Neftçi" İdman Klubunun tərkibinə verilib"
Futbol
30 Mart , 2015 17:32
SOCAR Sadıq Sadıqovun Neftçinin prezidenti vəzifəsindən istefasına dair xəbərlərə aydınlıq gətirib

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) baş sponsoru olduğu "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun vəzifəsindən istefa verdiyinə dair xəbərlərə münasibət bildirib. 

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev "Report"a açıqlamasında məlumatı təkzib edib.

Onun sözlərinə görə, heç bir istefadan söhbət getmir: "Sadıq Sadıqov hazırda "Neftçi" İdman Klubunun rəhbəridir, eyni zamanda, "Neftçi" Peşəkar Futbol Klubunun prezidentidir. "Neftçi" PFK "Neftçi" İdman Klubunun tərkibinə verilib. Bununla əlaqədar bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, bu gün bəzi mətbu orqanlarda Sadıq Sadıqovu Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin əvəzlədiyinə dair xəbərlər yayılıb. 

Son xəbərlər

Orphus sistemi