"Slovan"ın baş məşqçisi: "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik"

"Slovan"ın baş məşqçisi: "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik" "Qarabağ" kimi rəqibin olmasına sevinmədik"
Futbol
14 Sentyabr , 2016 19:12
Slovanın baş məşqçisi: Qarabağa hücumda oynamaq imkanı verməməliyik

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Bu oyuna çox hazırlaşmışıq. Burada olduğumuz üçün şadıq. Bakı xoşumuza gəlir. İlk təəssüratlarımız bununla bağlıdır". 

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq Çexiyanın "Slovan" klubunun baş məşqçisi İndrix Trpişovski deyib.

Oyundan əvvəl mətbuat konfransında 40 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"da kimə qarşı xüsusi tədbir görüləcək?

- "Qarabağ"ın oyunlarına çox baxmışıq. Güclü müdafiəsi var. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Müdafiədə çox oynamamağa çalışacağıq və "Qarabağ"a hücumda oynamaq imkanı verməməliyik.

- Cəza müddətiniz bitdi və yenidən meydançada olacaqsınız. İndi oyunu tribunadan izləməyəcəksiniz. Bu, sizə necə təsir edəcək?

- Oyuna tribunadan baxmağım xoşagəlməz hal olardı. Taktikaları əvvəlcədən hazırlamağa ehtiyac olmayacaq. Çünki meydançada oyuna təsir edə biləcəm.

- "Qarabağ"la rəqib olmaq sizə sərf edir, ya yox?

- "Qarabağ" kimi rəqibin olmasına sevinmədik. Güclü komandadır. Qol vurmağa, xal almağa çalışacağıq.

- Digər rəqiblərində birinin İtaliya "Fiorentina"sı olmasını nəzərə alsaq, ilk oyunun "Qarabağ"la olması sizə sərf edirmi?

- "Fiorentina"nın favorit olmasını hər kəs yaxşı bilir. Bundan əvvəlki "Marsel" və "Braqa" ilə oyunlarımız alınmadı. Amma çalışacağıq ki, "Qarabağ"ı keçək. İlk oyunun kiminlə keçirilməsinin əhəmiyyəti yoxdur.

Son xəbərlər

Orphus sistemi