Slovakiya yığmasının kapitanı: "Azərbaycan millisindən 6 xal almalıyıq"

Slovakiya yığmasının kapitanı: "Azərbaycan millisindən 6 xal almalıyıq" "Biz Azərbaycanı qiymətləndirməyə bilmərik"
Futbol
3 Dekabr , 2018 10:12
Slovakiya yığmasının kapitanı: Azərbaycan millisindən 6 xal almalıyıq

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycan sərt rəqib deyil, amma biz heç bir halda bu komandanı qiymətləndirməməliyik. Bu komandadan 6 xal almalıyıq. Amma bir daha deyirəm: biz Azərbaycanı qiymətləndirməyə bilmərik".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Marek Hamşik 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkünü "Pravda" nəşri üçün dəyərləndirərkən deyib. İtaliya "Napoli"sində çıxış edən 31 yaşlı hücumçu çətin qrupa düşdüklərini bildirib. Yığmanın kapitanının fikrincə, qrupun favoriti Xorvatiyadır: "Bunu Xorvatiyanın son dünya çempionatındakı nəticələri də təsdiqləyir. Çox xoşagəlməz rəqibdir. Hərçənd, biz bu komanda ilə Fransadakı dünya çempionatında heç-heçə etmişdik. Uelsin baş məşqçisi Rayan Giqqz isə döyüşkən əhval-ruhiyyə ilə döyüşkən futbol oynadır. Maraqlıdır ki, mən hələ Macarıstana qarşı oynamamışam. Öz qonşularımızla görüşü səbirsizliklə gözləyirəm. Çünki onların yaxşı azarkeşləri var. Fanatları bu komandaya həm ev, həm də səfər oyunlarında böyük dəstək verirlər".

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi