Slovakiya millisi Azərbaycanla oyundan öncə 5 futbolçunu heyətdən kənarlaşdırıb

Slovakiya millisi Azərbaycanla oyundan öncə 5 futbolçunu heyətdən kənarlaşdırıb Slovakiya milli komandası Azərbaycanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunu üçün heyətində dəyişiklik edib.
Futbol
8 İyun , 2019 09:10
Slovakiya millisi Azərbaycanla oyundan öncə 5 futbolçunu heyətdən kənarlaşdırıb

Slovakiya milli komandası Azərbaycanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunu üçün heyətində dəyişiklik edib. 

"Report" "Aktuality.sk" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Pavel Hapal yığmaya dəvət etdiyi 29 futbolçudan 5-ni Bakıya gətirməyəcək. 

Bunlar qapıçı Dominik Qreyf, müdafiəçi Lukaş Ştetina, yarımmüdafiəçilər Martin Xrien ilə Laslo Beneş və hücumçu Samuel Mrazdır.  

Qeyd edək ki, Slovakiya yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub edib. Azərbaycan - Slovakiya oyunu iyunun 11-də "Bakcell Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi