Azərbaycan millisinin rəqibinin kapitanı zədələnib

Azərbaycan millisinin rəqibinin kapitanı zədələnib Bakı. 27 dekabr. REPORT.AZ/ Slovakiya milli komandasının və İtaliyanın Napoli klubunun kapitanı Marek Hamşik sıradan çıxıb.
Futbol
27 Dekabr , 2018 19:09
Azərbaycan millisinin rəqibinin kapitanı zədələnib

Bakı. 27 dekabr. REPORT.AZ/ Slovakiya milli komandasının və İtaliyanın "Napoli" klubunun kapitanı Marek Hamşik sıradan çıxıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi A Seriyasının XVIII turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada xəsarət alıb. Təcrübəli oyunçunun əzələsi zədələnib. Onun müalicəsinə başlanılıb və yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Slovakiya yığması Azərbaycan milli komandasının AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Yığma bu komanda ilə 2019-cu il iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi