Yuxarı

​"Simurq" klubu "Xəzər Lənkəran"ın futbolçusunu transfer edib

Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Zaqatalanın "Simurq" klubu əsas heyətinə daha bir futbolçu cəlb edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

28 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində "7" nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, futbolçunun son klubu "Xəzər Lənkəran" olub. 2010-cu ildən cənubluların heyətində forma geyinən təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub. "Xəzər Lənkəran"dan qabaq isə E.Abdullayev "Muğan"ın formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi