​"Simurq" klubu kapitanı ilə yollarını rəsmən ayırıb

​"Simurq" klubu kapitanı ilə yollarını rəsmən ayırıb İlkin Qırtımov 2 klubla danışıq aparır
Futbol
6 İyul , 2015 16:31
​Simurq klubu kapitanı ilə yollarını rəsmən ayırıb

Bakı. 6 iyul. REPORT.AZ/ Maliyyə problemi yaşayan Zaqatalanın "Simurq" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə "Report"a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.

O, bildirib ki, kapitan İlkin Qırtımovun transfer vərəqəsi özünə verilib. Bundan sonra 25 yaşlı müdafiəçi istədiyi komandaya keçə bilər.

Gələcək karyerası ilə bağlı "Report"a açıqlama verən İ.Qırtımov isə 2 yerli klubla danışıq apardığını bildirib: "Hazırda "İnter" və "Zirə" ilə danışıqlar davam edir. Hələ dəqiq qərar verməmişəm. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək və hansı uyğundursa, o komandada da çıxış edəcəyəm".

Qeyd edək ki, İlkin Qırtımov "Simurq" klubunun yetirməsidir və 2009-cu ildən əsas heyətdə çıxış edir.

Son xəbərlər

Orphus sistemi