Şimali İrlandiyanın iki klubu eyni gündə eyni futbolçunu transfer etdiklərini açıqlayıblar

Şimali İrlandiyanın iki klubu eyni gündə eyni futbolçunu transfer etdiklərini açıqlayıblar “Linfild” və “Kruseyders” 59 dəqiqəlik fərqlə Coş Robinsonun keçidini elan ediblər
Futbol
1 İyul , 2017 14:55
Şimali İrlandiyanın iki klubu eyni gündə eyni futbolçunu transfer etdiklərini açıqlayıblar

Bakı. 1 iyul. REPORT.AZ/ Futbol üzrə Şimali İrlandiya çempionatının son çempionu “Linfild” və gümüş mükafatçı “Kruseyders” klubları eyni gündə Coş Robinsonu transfer etdiklərini açıqlayıblar.

“Report” ESPN telekanalına istinadən xəbər verir ki, sözügedən klublar 24 yaşlı müdafiəçinin keçidini 59 dəqiqəlik fərqlə “Twitter” vasitəsi ilə elan ediblər. 

“Linfild” burada da rəqibini qabaqlayıb.

Lakin “Kruseyders” klubundan bildiriblər ki, C.Robinsonla hələ iyunun əvvəlində müqavilə bağlayıblar. Futbolçu özü sabiq komandası – İngiltərənin Milli Liqasında (V dəstə) mübarizə aparan “York Siti” ilə sənəd məsələlərini həll etmək üçün transferinin iyunun 30-da elan edilməsini istəyib.

Artıq hər iki klub mübahisəli məsələnin həlli üçün tələb olunan sənədləri Şimali İrlandiya Futbol Federasiyasına təqdim ediblər.

Qeyd edək ki, Coş Robinson 2012-2016-cı illərdə “Kruseyders” çıxış edib. O, bu komandanın heyətində 105 matç keçirib. 

Son xəbərlər

Orphus sistemi