Azərbaycanın futbol millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib

Azərbaycanın futbol millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib Baş məşqçi Maykl Onil hər iki futbolçunu Azərbaycan və Xorvatiya ilə oyun üçün sifariş edib
Futbol
10 Noyabr , 2016 16:37
Azərbaycanın futbol millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan futbol yığması ilə qarşılaşacaq Şimali İrlandiya komandasının heyətində dəyişiklik edilib.

"Report" Şimali İrlandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Liam Boys və yarımmüdafiəçi Maykl Daffi heyətə cəlb edilib.

Baş məşqçi Maykl O`Nil hər iki futbolçunu Azərbaycan və Xorvatiya ilə oyun üçün sifariş edib. Daha əvvəl heyətə cəlb olunan Ceymi Uord isə zədəlidir.

Qeyd edək ki, sabah keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi