Yuxarı

"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov uduzub, Maqnus Karlsen vahid lider olub - YENİLƏNİB

"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov məğlub olub

Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində III turun görüşləri keçirilib.

"Report" xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov isə çinli Dinq Lirenlə heç-heçə edib - 0,5:0,5. Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.

III turun nəticələri: 

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5

Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0

Qeyd edək ki, 3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.


***16:48

Azərbaycan şahmatçısı Teymur Rəcəbov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində növbəti görüşünü başa vurub.

"Report"un məlumatına görə, 32 yaşlı qrossmeyster III turda Çin təmsilçisi Dinq Lirenlə üz-üzə gəlib. O, əvvəlki turlarda olduğu kimi, bu görüşünü də heç-heçə ilə yekunlaşdırıb. 3 turdan sonra Rəcəbovun 1,5, Dinq Lirenin isə 2 xalı var.

Hazırda Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan), David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç), Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) və Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir.

Qeyd edək ki, turnirə aprelin 9-da yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi