Şeydayevin komandası "Spartak"la səfər heç-heçəsi edib

Şeydayevin komandası "Spartak"la səfər heç-heçəsi edib Ötən gün futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Futbol
4 Avqust , 2019 10:45
Şeydayevin komandası Spartakla səfər heç-heçəsi edib

Ötən gün futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su səfərdə paytaxtın "Spartak" klubunun qonağı olub.

Görüş qolsuz bərabərliklə başa çatıb.

Ramil Şeydayev start heyətində meydana çıxsa da, 74-cü dəqiqədə Vyaçeslav Qrulyev ilə əvəzlənib.

Bu oyundan sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və müvafiq olaraq 8 və 9-cu yerlərdə qərarlaşıb.

Növbəti turda "Dinamo" doğma meydanda "Zenit"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi