Yuxarı

"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 

"Report"un məlumatına görə, bu ada "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Haddadi layiq görülüb. Mərakeş əsilli ispaniyalı hücumçu IV turda Lüksemburqda "Düdelanj"ı məğlub etdikləri matçda het-trik edib.

24 yaşlı forvard azarkeşlər arasında aparılan səsvermədə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalı Esteban Qraneronu (“Espanyol”, İspaniya) qabaqlayıb.

Qeyd edək ki, "Düdelanj"la oyunda "Sevilya" 5:2 hesabı ilə qalib gəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. A qrupunun digər matçında "Qarabağ" Kiprdə APOEL-ə uduzub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi