Yuxarı

"Sevilya" klubunun baş məşqçisində xərçəng aşkarlanıb

"Sevilya" klubunun baş məşqçisində xərçəng aşkarlanıb
Futbolçular qol vurduqdan sonra onu qucaqlayıblar

Bakı. 22 noyabr. REPORT.AZ/ İspaniyanın "Sevilya" futbol komandasının baş məşqçisi Eduardo Beritso prostat vəzi xərçəngindən əziyyət çəkir. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, klub məsələ ilə bağlı bu gün rəsmi açıqlama yayacaq.

Argentinalı mütəxəssisin əməliyyat olunacağı gözlənilir. Lakin dəqiq tarixlər hələ məlum deyil.

Noyabrın 21-də "Sevilya" İngiltərə "Liverpul"u ilə evdə keçirdiyi Çempionlar Liqasının V tur matçında 3:3 hesablı heç-heçəyə nail olub. İlk yarıdan sonra İspaniya təmsilçisi 0:3 hesabı ilə geridə olsa da, ikinci hissədə tarazlığı təmin edə bilib. Üçüncü uzatma dəqiqəsində Gido Pisarro hesabı bərabərləşdirdikdən sonra oyunçuların hamısı məhz Beritsonu qucaqlayıblar. İspaniya mətbuatı bunu 48 yaşlı mütəxəssisin xəstəliyi ilə əlaqələndirib.

Qeyd edək ki, Çempionlar Liqasında 5 turdan sonra "Sevilya" A qrupunda 8 xalla ikinci pillədə qərarlaşıb və lider "Liverpul"dan 1 xal geri qalır. Sonuncu turda "Sevilya" Sloveniyada "Maribor"un qonağı olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi