"Şerif" "Qarabağ"la oyunda rekorda imza atıb

"Şerif" "Qarabağ"la oyunda rekorda imza atıb Bakı. 25 avqust. REPORT.AZ/ Moldovanın “Şerif” komandası Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdiyi ilk oyunda rekorda imza atıb.
Futbol
25 Avqust , 2018 11:32
Şerif Qarabağla oyunda rekorda imza atıb

Bakı. 25 avqust. REPORT.AZ/ Moldovanın “Şerif” komandası Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdiyi ilk oyunda rekorda imza atıb.

“Report” xəbər verir ki, Tiraspol təmsilçisi avrokuboklarda ardıcıl 5 ev oyununda qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə yalnız “Şerif”in deyil, Moldova klublarının avrokuboklarda ən yaxşı göstəricisidir.

Bu görüşlərdə komandanın qapısını Zvonimir Mikuliç və Sergey Paşenko qoruyub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi