Yuxarı

Serbiyalı məşqçi: "Neftçi" ən son qarşılaşmaq istədiyimiz komanda idi"

Serbiyalı məşqçi: "Neftçi" ən son qarşılaşmaq istədiyimiz komanda idi"

Bakı. 28 iyun. REPORT.AZ/ "Neftçi" klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Macarıstanın "Uypeşt" klubunun baş məşqçisi Neboyşa Viqniyeviç mərhələ şanslarını dəyərləndirib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis I təsnifat mərhələsinin püşkü atılmadan öncə Rumıniyanın "Viitorul" klubu ilə düşmək istədiklərini deyib: "Viitorul" bizim üçün daha münasib rəqib idi. Çünki çox gənc komandadır və təcrübəsiz futbolçulardan ibarətdir. "Neftçi" isə ən son arzuladığımız komanda idi. Onların Avropa arenasında böyük təcrübəyə malikdir. İstedadlı futbolçular var və futbola böyük məbləğdə vəsait ayırıblar. "Neftçi" həmçinin Avropa Liqasının qrup mərhələsində də iştirak edib. Biz mənim istəmədiyim komandaya rəqib olduq."

Serbiyalı mütəxəssis "Uypeşt"lə "Neftçi"nin arasındakı fərqin elə də böyük olmadığını vurğulayıb: "Düşünürəm ki, belə görüşlərdə avrokuboklardakı təcrübə çox vacibdir. Bu amil oyunun nəticəsinə ciddi təsir göstərə bilər. Püşk bir o qədər də uğursuz deyil. Hər şey oyunun gedişindəki detallardan və müəyyən məqamlardan asılı olacaq. Biz ilk oyunu Bakıda keçirəcəyik və nə baş verdiyini görəcəyik. Daha sonra isə öz meydanımızdakı oyuna baxacağıq."

N.Viqniyeviç püşk atılandan sonra Bakı barədə də məlumat toplamağa başladığını söyləyib: "Püşkdən sonra rəqibi analiz etməyə başladım. Bir neçə oyunçusuna baxdım və vəziyyətlə tanış oldum. İlkin məlumat üçün bu mənə lazım idi. Görüdüklərimə əsasən, onu deyə bilərəm ki, futbol oynamağı çox sevirlər. "Neftçi" texniki cəhətdən yaxşı komandadır. "Neftçi"də kadr potensialı çox güclüdür. Bir sıra aparıcı futbolçuları var. Həmçinin bu komandada Azərbaycan millisinin üzvləri də çıxış edir. Onlarn böyük səviyyə və təcrübə toplayıblar."

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi