Yuxarı

Serbiya yığmasının Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Avstriyadakı oyuna 23 futbolçu çağırılıb

Bakı. 30 may. REPORT.AZ/ Futbol üzrə Serbiya milli komandasının iyunun 7-də Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü və iyunun 13-də Danimarka ilə AVRO-2016-nın seçmə qrup matçı üçün heyəti açıqlanıb. "Report"un Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Radovan Çurçiç qarşıdakı oyunlara 23 futbolçu dəvət edib. 

Onlardan yalnız biri yerli oyunçudur. 

Qapıçılar: Vladimir Stoykoviç ("Makkabi" Hayfa, İsrail), Jelko Brkiç ("Kalyari", İtaliya), Jivko Jivkoviç ("Partizan")

Müdafiəçilər: Duşan Basta ("Latsio", İtaliya), Nenad Tomoviç ("Fiorentina", İtaliya), Branislav Ivanoviç ("Çelsi", İngiltərə), Nikola Maksimoviç ("Torino", İtaliya), Matiya Nastasiç ("Şalke", Almaniya), Stefan Mitroviç ("Frayburq", Almaniya), Aleksandar Kolarov ("Mançester Siti", İngiltərə), İvan Obradoviç ("Mehelen", Belçika)

Yarımmüdafiəçilər: Radosav Petroviç ("Dinamo" Kijev, Ukrayna), Lyubomir Feysa ("Benfika", Portuqaliya), Nemanya Matiç ("Çelsi", İngiltərə), Nemanya Qudel (AZ Alkmar, Hollandiya), Luka Milivoyeviç ("Olimpiakos", Yunanıstan), Filip Curiçiç ("Sautgemton", İngiltərə), Adem Lyayiç ("Roma", İtaliya), Zoran Toşiç (MOİK Moskva, Rusiya), Filip Kostiç ("Ştutqart", Almaniya)

Hücumçular: Aleksandar Mitroviç ("Anderlext", Belçika), Lazar Markoviç ("Liverpul"), Petar Şkuletiç ("Lokomotiv" Moskva, Rusiya)

Qeyd edək ki, Serbiya - Azərbaycan matçı Avstriyadakı təlim-məşq toplanışı zamanı baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi