Seneqal yığması vaxtından əvvəl DÇ-2018-ə vəsiqə qazanıb

Seneqal yığması vaxtından əvvəl DÇ-2018-ə vəsiqə qazanıb Afrika komandası CAR-ı 2:0 hesabı ilə məğlub edib
Futbol
10 Noyabr , 2017 23:17
Seneqal yığması vaxtından əvvəl DÇ-2018-ə vəsiqə qazanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-in daha bir iştirakçısı məlum olub.

“Report” xəbər verir ki, bu, Afrika zonası üzrə seçmə mərhələdə "D" qrupu çərçivəsində səfərdə CAR-ı 2:0 hesabı ilə məğlub edən Seneqal yığmasıdır.

Seneqalın heyətində 12-ci dəqiqədə Diafra Saxo fərqlənib. Matçda daha bir qolu isə 38-ci dəqiqədə Tomsanka Mxize öz qapısına vurub.

Seneqal millisi beş oyundan sonra 11 xalla "D" qrupunda birinci yerdə qərarlaşıb və sona bir tur qalmış Kabo-Verde və Burkina-Fasonu 5 xal qabaqlayır.

Son xəbərlər

Orphus sistemi